Azərbaycanlı kikboksçu Zabit Səmədov Bakıda şəxsi idman klubunu açdığını elan edib.
Offsideplus.az xəbər verir ki, bu barədə döyüşçü rəsmi “Instagram” səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə yaradılan “Zabit Səmədov” idman klubu 23.01.2019-cu ildən etibarən müxtəlif idman növləri üzrə qeydiyyata başlayacaq.
“Son vaxtlar mənim başqa məqsədlərim ortaya çıxıb. Bu, maraqlı olsa da, indi həyatım dəyişib. Özümə Azərbaycanda yeni klub açıram, orada peşəkar məşqçilər çalışacaq, döyüşçülər isə mənim klubumun adından yarışlarda çıxış edəcək.
Mən isə menecer işi ilə məşğul olacağam və öz brendimi inkişaf etdirəcəyəm. Düşünürəm ki, rinqdə bir və ya iki döyüş keçirib, karyerama son qoyacağam”, - deyə Z.Səmədov yazıb.