Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda Cənubi Koreya klubundan təklif alıb.

Offsideplus.az xəbər verir ki, futbolçuya iki illik müqavilə təklif olunub. Almeyda yeni klubunda ilinə 900 min dollar məvacib ala bilərmiş. Lakin millimizin 29 yaşlı üzvü təklifdən imtina edib. Futbolçu daha az məvacib aldığı "Qarabağ" klubunda qalmaq istədiyini bildirib.

Xatırladaq ki, Almeyda ölkə çempionunun heyətinə bir illik icarə əsasında Qazaxıstanın "Astana" klubundan keçib.