Azərbaycan milli komandasının futbolçusu Çoşqun Diniyev Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, həmyerlimiz şərəfini qoruduğu "Çorum"un heyətində "İğdır"a qarşı çıxış edib.
Matça ehtiyatda başlayan yarımmüdafiəçi 77-ci dəqiqədə oyuna qoşulub. Lakin o, komandasını məğlubiyyətdən xilas edə bilməyib - 0:1.
Son 3 oyuna cəmi 1 xal toplayan "Çorum" Superliqa uğrunda mübarizədə işini çətinləşdirib. Komanda hazırda 39 xalla 7-ci sırada qərarlaşıb.
Xatırladaq ki, C.Diniyev "Çorum"a ötən ay transfer olunub. O, yeni komandasının heyətində 4 matçda 2 dəfə fərqlənib.