Futbolçu karyerasından fərqli olaraq, məşqçilik fəaliyyəti bir o qədər də uğurlu alınmayan Stiven Cerrard keçmiş iş yerinə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı çalışdırıcının Şotlandiyanın "Qlazqo Reyncers" klubu ilə anlaşacağı gözlənilir.
Hazırda komandanın baş məşqçi postu boşdur. Klub rəhbərliyi çempionluq uğrunda "Seltik"ə çatmağın real görünmədiyini nəzərə alaraq, Filipp Klemanla yollarını ayırıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Qlazqo Reyncers" liderdən 13 xa geri qalır.
İş elə gətirib ki, Cerrard hazırda təkliflərə açıqdır. O, Səudiyyə Ərəbistanın "Əl-İttifaq" klubu ilə bir ay öncə vidalaşıb. Bu baxmdan namizədlər siyahısında onun şansı ən yüksək qiymətləndirilir.
Qeyd edək ki, "Liverpul"un əfsanəvi yarımmüdafiəçisi məşqçilik karyerasında ciddi uğur qazana bilməyib. O, 2018-2021-ci illərdə çalışdığı "Qlazqo Reyncers"ə yalnız Şotlandiya çempionluğunu qazandırıb. "Aston Villa" və "Əl-İttifaq"dakı fəaliyyət nəticə verməyib.