Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsinə uğursuz başlayıb.
Offsideplus.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığmamız ilk görüşdə Şimali İrlandiyaya məğlub olub - 0:4. Həbib Ağayevin yetirmələri hər hissədə qapılarından 2 top buraxıblar.
Seçmə mərhələnin bütün görüşləri Albaniyanın paytaxtı Tiranada təşkil olunub.
U-19 yığmamız fevralın 21-də Albaniya, bundan 3 gün sonra isə Monteneqro ilə qarşılaşacaq.