Kevin De Bröyne karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, Ronaldo belçikalının "Əl-Nəsr"ə gəlməsini istəyir.

Bu barədə məlumatı "Mirror" nəşri yayıb. Portuqaliyalı klub rəhbərliyini bu keçidə inandırmağa çalışır. Ronaldo düşünür ki, "Əl-Nəsr" yarımmüdafiəçiyə həftəlik 1 milyon funt-sterlinq ödəsə, De Bröyne keçidə razılıq verəcək.

Qeyd edək ki, 33 yaşlı futbolçunun "Mançester Siti" ilə matçda müqaviləsi 2025-ci ildə başa çatacaq. "Əl-Nəsr" məhz bu məqamdan istifadə edərək oyunçunun keçidini həll edə bilər.