Futbol üzrə Latviya çempionatında 35-ci turun matçları keçirilir.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin çıxış etdiyi “Dauqavpils” öz meydanında “Liepaya” ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində çıxan Ramin 39-cu dəqiqədə komandasının ilk qolunu vurub. O, 89-cu dəqiqədə əvəzlənib.

Hazırda "Dauqavpils" 36 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.