"Mançester Yunayted"in üzvü Antoni 5 aylıq fasilədən sonra qol vurub.
Offsideplus.az xəbər verir ki, braziliyalı İngiltərə Liqa Kubokunda "Barnsli" ilə görüşdə penalti qazanıb və zərbəni dəqiq yerinə yetirib.
"Qırmızı şeytanlar"ın çalışdırıcısı Erik ten Haq braziliyalı ilə bağlı bunları söyləyib:
"Hər bir oyunçu oyunda yaxşı çıxış etdi. Gərək çox məşq edəsən. Hazırlıqlar zamanı yaxşı nəticə göstərməlisən, oynamaq hüququ qazanmalısan. Məqam gələndə bundan yararlanmalısan".
Qeyd edək ki, "Mançester Yunayted" "Barnsli"ni 7:0 hesabı ilə darmadağın edib.