Məşhur uelsli futbolçu Aaron Remzi karyerasını "Kardif Siti"də davam etdirə bilər.

 Offsideplus.az "The Sun" nəşrinə istinadla xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yenidən İngiltərə Çempionşipində mübarizə aparan kluba keçməyə razılıq verib.

Məlumata görə, o, buna görə Səudiyyə Ərəbistanı klublarından birinin təklifini geri çevirib.