Futbol üzrə Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turdaa doğma meydanda “Daoqu” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

Krivotsyuk da bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Qeyd edək ki, “Daejeon” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.