Renat Dadaşov İsveçrədə koronvirusa yoluxub.

Offsideplus.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusunun koronavirus testi müsbət nəticələnib. 23 yaşlı hücumçu artıq sağalıb və komanda ilə məşqlərə qoşulub.

Dadaşovun İsveçrə Kuboku çərçivəsində "Vettsvil-Bonştetten"ə qarşı bu gün baş tutacaq matçda iştirakı gözlənilir.

Qeyd edək ki, "Vettsvil-Bonştetten" - "Qrasshopper" matçı Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.