Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, o, bu barədə şəxsi Tvitter səhifəsində paylaşım edib. 35 yaşlı hücumçu ölkəsinin "Nasyonal" klubu ilə razılaşdığını və yaxın saatlarda rəsmi müqavilə imzalayacağını bildirib.

Qeyd edək ki, Suares peşekar futbol karyerasına bu komandada başlayıb və 2006-cı ildə buradan ayrılıb. O, sırası ilə Niderlandın "Qroningen" və "Ayaks", İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona", "Atletiko" kimi klublarında çıxış edib.