"Olimpik"in sabiq futbolçusu Marko Mitroviçin yeni iş yeri məlum olub.
Offsideplus.az xəbər verir ki, o, ABŞ-ın U-19 yığmasına rəhbərlik edəcək. Bu haqda ABŞ Futbol Federasiyasının saytı məlumat yayıb. Onunla bağlanan sözləşmənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Mitroviç hazırda fəaliyyətini dayandırmış "Olimpik"in heyətində 2005/2006-cı illərdə çıxış edib.