"Mançester Yunayted"in futbolçusu Xuan Mata karyerasını ölkəsi İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə "Real Sosyedad" yaxından maraqlanır. Bask təmsilçisi qışda adıçəkilən oyunçunu heyətinə qatmağı planlayır.
Matanın "qırmızı-şeytanlarla" sözləşməsi bu mövsüm başa çatır.
Qeyd edək ki, Mata 2014-cü ildən "Mançester Yunayted" forması geyinir.