Zinəddin Zidan "Mançester Yunayted"in təklifinə rədd cavabı verib.
Offsideplus.az İspaniya mediasına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin "qırmızı-şeytanlar"dan imtina etməsinin səbəbi ingilis dilinin zəif olması və həyat yoldaşının bu ölkədə yaşamaq istəməməsi olub. Adı çəkilən çalışdırıcının gələcəkdə PSJ və ya Fransa millisində işləmək istəyinin olduğu bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted" bir müddət əvvəl baş məşqçisi Ule Qunnar Sulşer ilə yolları ayırmışdı.