Futbol üzrə Amerika Kubokunun final maçı Braziliya millisi ilə qarşılaşacaq Argentina yığmasının baş məşqçisi Lionel Skaloni açıqlama verib.

Offsideplus.az xəbər verir ki, həlledici oyunla bağlı danışan mütəxəssis komandanın lideri Lionel Messinin təzyiq altında olmasına da toxunub:
"Bu gecə oyundan qalib ayrılmaq istəyirik. Bu mübarizəni kubokdan kənar qalmaq üçün aparmadıq.

Bu oyunda qalib gəlsək də, gəlməsək də, Messi futbol tarixinin ən yaxşısıdır. O, bunu dəfələrlə sübut edib. Rəqiblər də Messinin ən yaxşı olduğunu qəbul edir. Titul qazanmasaq da, Messi ən yaxşı olmağa davam edəcək".