Amerika Kubokunun 1/4 finalında Argentina 3:0 hesabı ilə Ekvadoru məğlub edib.

Offsideplus.az xəbər verir ki, oyunda Argentinanın son qolunu cərimə zərbəsindən Leo Messi vurub. Bu, 34 yaşlı hücumçunun millidəki 149-cu oyununda vurduğu 76-cı qolu olub.

Bununla da, Messi Peleyə məxsus 77 qolluq Cənubi Amerika rekorduna çatmağın bir addımlığındadır.