Avropa nəhəngləri Marsel Zabitserlə yaxından maraqlanır.
Offsideplus.az "Bild"ə istinadla xəbər verir ki, 27 yaşlı futbolçunu "Milan", "Roma" və "Arsenal" heyətində görmək istəyir. Bu işdə "Milan" xüsusən fəal görünür. "Rossyonerlər" Hakan Çalhanoğlunun gedişindən sonra yaranmış boşluğu "Leyptsiq"in avstriyalı yarımmüdafiəçinin sayəsində doldurmaq niyyətindədir. Keçidin baş tutması üçün almanlara azı 40 milyon avro ilə razı salmaq lazım gələcək.
Qeyd edək ki, Marsel ötən mövsüm "Leyptsiq"in heyətində meydana çıxdığı 39 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib. Avro-2020-də isə Avstriya yığmasında 4 görüşdə 1 assistlə yadda qalıb. "Transfermarkt" futbolçunun dəyərini 42 milyon avro qiymətləndirir.