Dünya Çempionatının Afrika zonası üzrə gələn ay keçirilməsi nəzərdə tutulan seçmə mərhələ oyunları ləğv olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. DÇ-2022-nin seçmə mərhələ oyunlarıının təxirə salınmasına koronavirus pandemiyasının yaratdığı çətinliklər səbəb olub.
Qeyd edək ki, Oyunların sentyabr - noyabrda, həmçinin 2022-ci il martında təşkili nəzərdə tutulub.