Qırğızıstan Futbol Federasiyasının vitse-prezidenti Dastanbek Konokbayev, federasiyanın İcraiyyə Komitəsinin üzvü Asılbek Kadıraliyev və Bişkek şəhər meriyasının üzvlərindən ibarət nümayəndə Bakıya səfərə gəlib.
Offsideplus.az xəbər verir ki, Qırğızıstan yığması üçün Bişkek şəhərində təlim-məş bazasının inşası planlaşıdırılır və bu səfərin məqsədi Bakı şəhərində yerləşən stadionlar, futbol infrastrukturu ilə tanışlıq, təcrübə mübadiləsidir.
Qonaqlar bu gün Bakı Olimpiya Stadionuna baş çəkib, arena ilə tanış olublar. Qırğızıstan nümayəndə heyəti noyabrın 30-da gün ərzində “ASCO Arena”, AFFA Futbol Akademiyası, Mərdəkan qəsəbəsindəki Milli Komandaların Məşq Mərkəzi və 8-ci km stadionuna baxış keçirəcəklər.