"Napoli"nin futbolçusu Frank Zambo Anqissa sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, o, Kamerun yığmasında olarkən sol budundan zədə alıb.

Onun 6-8 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

"Napoli" Romelu Lukaku və Kevin De Brüynedən sonra daha bir əsas oyunçusunu itirib.

Zambo Anqissa cari mövsüm 15 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Neapol klubu "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibidir. Bu matç noyabrın 26-da baş tutacaq.