Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hakim Çempionlar Liqasında "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya) oyununu idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Görüş sentyabrın 18-də keçiriləcək.
Bu, Ə. Ağayevin ÇL-da 5-ci oyunu olacaq. O, daha əvvəl 4 qarşılaşmada fit çalıb.
Maraqlısı budur ki, onun Avropanın ən mötəbər turnirindəki ilk oyunu da "Kopenhagen"in matçı olub.
Qeyd edək ki, Danimarka klubu 2 həftə sonra Azərbaycana gələcək. Onlar təmsilçimiz "Qarabağ"la qarşılaşacaq.



