"Barselona"nın qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu bir neçə dəqiqə öncə başa çatan yarımfinal mərhələsinin cavab görüşündə Londonda "Çelsi"ni darmadağın edib - 4:1.

Maraqlıdır ki, tərəflər arasında ilk oyunda da "Barselona" elə bu hesabla qalib gəlmişdi.

İspanların finaldakı rəqibi "Lion" - "Arsenal" cütünün qalibi olacaq. İlk görüşdə "Lion" 2:1 hesablı qələbə qazanıb.

Oyunda vurulan ilk 3 qolu təqdim edirik: