"Real Madrid"in futbolçusu Vinisius Junior "Benfika" matçında baş verənlərlə bağlı öz sosial media hesabından paylaşım edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı bunları qeyd edib:
"İrqçilər hər şeydən əvvəl qorxaqdırlar. Nə qədər zəif olduqlarını göstərmək üçün köynəklərini ağızlarına soxmalıdırlar.
Lakin onlar, nəzəri olaraq onları cəzalandırmaq öhdəliyi daşıyan başqalarının himayəsi altındadırlar.
Bu gün baş verənlərin nə mənim, nə də komandamın həyatında yeni bir tərəfi yoxdur. Qolu qeyd etdiyim üçün sarı vərəqə aldım. Hələ də bunun səbəbini anlamıram. Digər tərəfdən, bu, heç bir məqsədə xidmət etməyən, sadəcə bərbad şəkildə icra olunmuş bir protokoldur.
Xüsusilə böyük bir qələbədən sonra, manşetlərin "Real Madrid" haqqında olmalı olduğu bir vaxtda belə vəziyyətlərdə gündəmə gəlməyi xoşlamıram, lakin bu, vacibdir".
Qeyd edək ki, qarşılaşmanın 50-ci dəqiqəsində Vinisius hesabı açdıqdan sonra "Benfika"nın üzvü Canluka Prestianni formasını ağzına tutaraq braziliyalıya nəsə deyib. Bundan sonra matç 10 dəqiqəyə yaxın dayanıb və sonra qaldığı yerdən davam edib.


