"Qalatasaray" sabah Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, rəqib Madrid "Atletiko"sudur. Görüş "sarı-qırmızılar" üçün çox böyük önəm kəsb edir.

Afrika Millətlər Kubokundakı çıxışını başa vuran Viktor Osimhen və İsmael Yakobs bu görüşdə iştirak edəcək.

Zədəsi davam edən Vilfred Sinqo isə bu oyunda olmayacaq.

"Qalatasaray"da başqa zədəli oyunçu yoxdur.

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko" qarşılaşması sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İstanbul klubu 9 xalla 18-ci, Madrid təmsilçisi isə 12 xalla 8-ci yeri tutur.