"Bayern Münhen"in qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu Münhen təmsilçisinin "Borussiya"nı 2:1 hesabı ilə məğlub etdiyi oyunla birlikdə Bundesliqada 363-cü qələbəsini qazanıb.
O, sabiq komanda yoldaşı Tomas Mülleri (362) geridə qoyaraq Bundesliqa tarixində ən çox qalibiyyət görən futbolçu olub.
Noyer 530 oyunda bu rəqəmə çatıb.
O, 2011-ci ildən "Bayern Münhen"də çıxış edir. 39 yaşlı qapıçı Almaniya nəhənginin heyətində ümumilikdə 571 oyuna çıxıb.



