"Bayer" klubu qapını Mark Flekkenə etibar edəcək.

Offsideplus.az xəbər verir ki, Leverkuzen təmsilçisi niderlandlı qapıçı üçün "Brentford"a 10 milyon avro ödəyəcək.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Flekken niderlandlı olsa da, karyerasının böyük hissəsini Almaniyada keçirib. O, 2023-cü ildə "Frayburq"dan "Brentford"a transfer olunub.

31 yaşlı qapıçı cari mövsüm Premyer Liqada 37 oyunun 8-də qapısını toxunulmaz saxlamağı bacarıb.