Mahir Emrelinin "Nürnberq"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Offsideplus.az xəbər verir ki, futbolçu və II Bundesliqa klubu arasında yeni sözləşmə ilə əlaqədar danışıqlar gedir. Bu barədə saytımıza açıqlamasında hücumçunun anası Elnurə Emreli bildirib.
"Menecerləri gələn təkliflərlə məşğul olur. "Nürnberq" klubu ilə hər şey yaxşıdır. Yeni sözləşmə təklif ediblər. Mahirin agentləri dəyərləndirəcək".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü cari mövsüm "Nürnberq"lə 14 oyuna çıxıb, 4 qol və 1 assistə imza atıb.