"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" rekordunu təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, komanda dünən Bundesliqanın 8-ci turunda "Volfsburq"a 2:1 hesab ilə qalib gələrək buna nail olub. Leverkuzen təmsilçisi bütün yarışlarda ardıcıl 11 matçda ən azı iki qolla fərqlənib. Bu, klubun 1979-cu ildə Bundesliqaya daxil olduğu vaxtdan bəri klubun rekordunun təkrarıdır.
"Bayer" daha əvvəl 2014-cü ildə oxşar seriyanı nümayiş etdirib.