İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Bolavip"ə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi Leverkuzen "Bayer"inin mərkəz müdafiəçisi Pyero Hinsapyeni sıralarına qatmaq istəyir.

Məlumata görə, "qırmızılar" 21 yaşlı ekvadorlu üçün qarşı tərəfə 60 milyon funt sterlinq təklif edib.

Bildirək ki, Hinsapyenin "Bayer"lə 2027-ci ilədək sözləşməsi var.