"Bayer" (Leverkuzen) "Benfika"nın futbolçusu Alexandro Qrimaldo ilə anlaşıb.

 Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu Lissabon təmsilçisi ilə sözləşməsi mövsümün sonunda başa çatacaq ispaniyalı cinah müdafiəçisini azad agent kimi heyətinə qatacaq. Bu barədə insdayder Fabritsio Romano "tvitter"də məlumat yayıb. 27 yaşlı futbolçunun tibbi müayinədən keçdiyi bildirilib.Yaxın günlərdə müqavilə imzalanması planlaşdırılır. 

Xatırladaq ki, Qrimaldonun adı daha öncə "Barselona" ilə yanaşı hallanırdı.

Qeyd edək ki, ispaniyalı müdafiəçi 2016-cı ildən çıxış etdiyi "Benfika"da cari mövsüm bütün turnirlərdə 52 oyuna çıxıb, 7 qol və 12 asisstlə yadda qalıb.

Fəqan İbrahimli