"Borussiya"(Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "sarı-qaralar" Münhenqladbax "Borussiya"sının müdafiəçisi Rami Benzebayninin transferini həll edib. 

Yayda klubu ilə müqaviləsi başa çatan 27 yaşlı sol cinah müdafiəçisi dortmundlularla müqavilə imzalayıb. O, mövsüm bitdikdən sonra yeni klubuna qoşulacaq.