Almaniyanın Qərb Regional Liqasında 19-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” “Köln”lə üz-üzə gəlib. Matç "Şalke"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydana start heyətdə çıxan Dadaşov sonadək oynayıb. O, 29-cu dəqiqədə komandasının ilk qolunu vurub. Bu, onun turnirdə 7-ci qolu olub.

Qeyd edək ki, "Şalke-2" hazırda 30 xalla 5-ci pillədədir.