Almaniya Bundesliqasında 6-cı turun görüşləri davam edir.

Offsideplus.az xəbər verir ki, ötən gün daha 6 matç keçirilib.

 “Bavariya” öz meydanında, “Borussiya” (Dortmund) isə səfərdə xal itirib.

Qeyd edək ki, turnir cədvəlinə hazırda 12 xalı olan "Bavariya" başçılıq edir. Eyni xalı malik  iki komanda - "Hoffenhaym" 2-ci, "Frayburq" isə 3-cüdür.

Almaniya Bundesliqası, 6-cı tur

"Bavariya" – "Ştutqart" - 2:2
Qollar: Tel, 36. Musiala, 60 – Fuhrix, 57. Jirassi, 90+2-pen.

"Ayntraxt" – "Volfsburq" - 0:1
Qol: Lakrua, 60.

"Herta" – "Bayer" - 2:2
Qollar: S.Serdar, 56. Rixter, 74 – K.Dəmirbay, 49. P.Şik, 79.

"Hoffenhaym" – "Maynts" - 4:1
Qollar: Kramariç, 53; 90+2. Promel, 69. Dabbur, 80 – Kohr, 83.

"Leyptsiq – "Borussiya" (Dortmund) - 3:0
Qollar: Orban, 6. Soboslai, 45. Haydara, 84.

"Şalke" – "Bohum" - 3:1
Qollar: Dreksler, 38. Masoviç, 73-öz qapısına. Polter, 90+6 – Zoller, 51.