"Frayburq" klubunun baş məşqşisi Kristian Ştrayx Bundesliqada səfərdə "Bayer"lə (Leverkuzen) (2:3) keçirilən oyundan sonra açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, alman mütəxəssis AL-nın qrup mərhələsində qarşılaşcaqları "Qarabağ"la oyun haqda da fikirlərini söyləyib: 

"Qarabağ"ın oyununa baxmışam. Onlar, doğrudan da, yaxşı komandadırlar. Fikrimcə, maraqlı görüş olacaq. Hazırda bütün düşüncəmizi bu oyuna yönəltmişik".

Qeyd edək ki, "Frayburq" - "Qarabağ" matçı sentyabrın 8-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.