"Beşiktaş" "Bayer"in (Leverkuzen) futbolçusu Nadim Amirini heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Bundesliqa klubu İstanbul təmsilçisinin istədiyi oyunçunun qiymətini müəyyənləşdirib. 25 yaşlı yarımmüdafiəçini transfer etmək üçün "Beşiktaş" 9 milyon avrosundan keçməlidir. Bu barədə Almaniyanın "Kicker" nəşri məlumat yayıb. Xəbərə görə, Leverkuzen təmsilçisi Amirini 2019-cu ildə sözügedən məbləğə "Hoffenhaym"dan transfer edib və bu qiymətdən aşağı oyunçunu satmaq istəmir. Mənbədə o da qeyd olunur ki, almaniyalı futbolçunun yeni başlayan mövsümdə komandada oynamaq şansı azdır.
Qeyd edək ki, Amiri ötən mövsümün ikinci yarısını İtaliyanın "Cenao" klubunda keçirib. O, A Seriyasında 13 oyunda meydana çıxıb və 1 aisstlə yadda qalıb.