"Barselona" klubuna transfer olan Robert Levandovski "Bavariya" ilə vidalaşıb.

 Offsideplus.az xəbər verir ki, Polşa millisinin hücumçusu bu məsələ ilə bağlı öz sosial şəbəkə səhifəsində paylaşım edib:

"Komanda yoldaşlarıma, bütün heyətə, klub rəhbərliyinə, təşəkkür edirəm. Bizi dəstəkləyən və bir çox titullar qazanmağımıza kömək edən hər kəsə də minnətdarlığımı bildirirəm. Mən birlikdə qazandığımız hər bir uğurumuzla fəxr edirəm. İlk növbədə, klubu bu yerlərə gətirən azarkeşlərə təşəkkürümü bildirirəm. Biz futbolçular  yalnız bir anlıq buradayıq. Burada gözəl 8 il keçirdim və bu xatirələri əbədi olaraq qəlbimdə saxlayacam".