"Bayer"in futbolçusu Florian Vritz sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 18 yaşlı oyunçunun Bundesliqanın 26-cı turunda "Köln"lə matçda çarpaz bağları sınıb.
Qeyd edək ki, alman oyunçu bu mövsüm Leverkuzen təmsilçisində 31 matçda 10 qol və 14 məhsuldar ötürmə edib.