"Mançester Yunayted"in baş məşqçisi Ralf Raqnik rəhbərlikdən yeni futbolçunun transferini istəyib.
Offsideplus.az xəbər verir ki, 63 yaşlı alman mütəxəssis "Leiptsiq"də çıxış edən Kristofer Nkunkunun yayda komandaya cəlb olunması arzusundadır.
Artıq "qırmızı şeytanlar"ın rəhbərliyi oyunçu üçün danışıqlara start verəcək.
Qeyd edək ki, 24 yaşlı fransalı oyunçu bu mövsüm 31 matçda 19 qol və 13 məhsuldar ötürmə edib.