Polşa millisinin hücumçusu Robert Levandovski "Bavariya"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı forvard mövsümün sonuna kimi ona təklif olunacaq yeni müqavilə şərtlərini qəbul etmədiyi halda, Münhen klubu adıçəkilən oyunçunu satacaq. Bu barədə "Sport Bild" nəşri məlumat yayıb.
Levandovskinin Bundesliqa klubuyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.
Qeyd edək ki, 2014-cü ildən "Bavariya"da çıxış edən futbolçu bu mövsüm 27 matçda 34 qol və 3 məhsuldar ötürmə edib.