Adı bir müddətdir "Fənərbağça"yla hallanan Yoahim Löv qərarını verib.

 Offsideplus.az Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, İstanbul nəhəngini çalışdırmaq 61 yaşlı mütəxəssisin gündəmində deyil. 

Bildirilib ki, Löv  maliyyə şərtlərində daha yaxşı olan "Leyptsiq" və ya  "Herta"ya rəhbərlik edə bilər.

Qeyd edək ki, Yoahim Löv 2004-cü ildən çalışdığı Almaniya yığmasından bu ilin yayında ayrılmışdı.