"Çelsi" klubunun mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş karyerasını Almaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi qışda "zadəganlar"ın sıralarını tərk etmək istəyir.
O, London təmsilçisinin əsas heyətində daimi yerinin olmamasından narazıdır. Ziyeş Premyer Liqada 4 oyun keçirib, start heyətində isə cəmi 2 dəfə meydana çıxıb.
Bundesliqa nəhənglərindən "Borussiya Dortmund" isə yanvarda heyətini Ziyeşlə gücləndirmək niyyətindədir.