Münhen "Bavariya"sının əsas qol ümidi Robert Levandovski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu "Mançester Siti"yə keçə bilər. Bunu polşalının meneceri Pini Zahavi Almaniyanın məşhur "Bild" nəşrinə açıqlamasında bildirib.
O, Bundesliqa nəhəngi ilə 2023-cü ilədək müqaviləsi olan Levandovskinin İngiltərədə oynamağa razı olduğunu deyib. Zahavi transferin məbləği barədə danışmayıb.
Qeyd edək ki, adıçəkilən futbolçu 2014-cü ildən "Bavariya"da çıxış edir.