"Leyptsiq" və İspaniya milli komandasının futbolçusu Dani Olmo növbəti transfer pəncərəsi çərçivəsində klubunu dəyişə bilər. 

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçunu heyətinə qatmaq üçün "Mançester Yunayted", "Yuventus" və "Bavariya" artıq hərəkətə keçiblər. Qeyd olunur ki, "Leyptsiq" futbolçuya görə 70 milyon avrodan aşağı gələn təklifləri nəzərdən keçirməyəcək. 

Xatırladaq ki, futbolçu ilə, həmçinin, "Barselona" da yaxından maraqlanır.