Münhen “Bavariya”sının məşqçisi Miroslav Kloze klubu tərk edəcək.

Offsideplus.az xəbər verir ki,  42 yaşlı mütəxəssis müddəti bitən müqaviləsini yeniləməyib. 

Klozenin Almaniyanın “Fortuna” komandasına baş məşqçi təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Kloze 2020-ci ilin yayından “Bavariya”da məşqçilik edirdi.