"Bavariya" ilə 7 ildə mümkün titulların hamısını qazanan Robert Levandovski yeni macəra axtarışındadır.

Offsideplus.az "Ekip"ə istinadla xəbər verir ki, PSJ polşalı forvardla yaxından maraqlanır. Lakin bu, ya Kilian Mbappenin, ya da Mauro İkardi ilə daha 1-2 futbolçunun satılması müqabilində baş verə bilər. Paris təmsilçisi hücum xəttindəki itki(lər)in fonunda sərfəli maliyyə şərti ilə "Bavariya"nın "qapısını döyəcək".

Qeyd edək ki, münhenlilərlə 2023-ün yayına qədər anlaşması olan Levandovskinin transfer dəyəri 70 milyon avro qiymətləndirilir.