Almaniyanın I və II Bundesliqasında çıxış edən klublar AVRO-2020-dən əvvəl mövsümü vaxtında bitirmək üçün təcrid olunacaqlar.
Offsideplus.az xəbər verir ki, hər iki liqada son 3 turun oyunlarının sərt karantin tədbirləri altında keçiriləcək. Bu barədə Almaniya Futbol Liqası məlumat yayıb.
Belə ki, mayın 3-dən oyunçular və məşqçi heyəti yalnız evdə, məşq bazasında və stadionlarda olacaqlar. Onlar koronavirus testindən keçdikdən sonra mayın 12-də karantin düşərgəsinə yollanacaqlar. Orada futbolçu və məşqçilərin yalnız bir-biriləri ilə ünsiyyətdə olmasına icazə veriləcək. Bu müddət mayın 23-də başa çatacaq.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020 oyuları bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.