"Liverpul" futbolçusu Corcino Veynaldumun xidmətini "Bavariya"ya təklif edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Abendzeitung" məlumat yayıb. Mənbənin verdiyi bilgiyə görə, Almaniya nəhəngi holland futbolçunun xidmətinə ehtiyac duymayıb. Səbəb Veynaldumun 30 yaşının olması və "Liverpul"un istədiyi transfer haqqıdır.
Qeyd edək ki, "Barselona"nın yaxından maraqlandığı təcrübəli futbolçu cari mövsümdə 31 oyunda meydana çıxaraq 2 qola imza atıb.