13 ildir "Bavariya"nın formasını geyinən David Alaba yayda komandanı tərk edəcəyini açıqlayıb.
Avstriyalı müdafiəçinin karyerasını "Real"da davam etdirəcəyi böyük ölçüdə məlumdur.
Offsideplus.az xəbər verir ki, artıq Alabanın Madrid klubunda qazanacağı məvacib də bəllidir. Belə ki, "Kral klubu" futbolçuya 4 illik müqavilə şərti təklif etmək niyyətindədir. Və hər il üçün illik əməkhaqqı 12 milyon avro. Bunun üstünə digər bonusları da gələndə, 2025-ci ilə qədər davam edəcək anlaşmanın 50 milyonu aşacağı sirr deyil.
Qeyd edək ki, Alaba "Bavariya" ilə 6 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu, 5 dəfə Superkuboku qazanıb, hərəsindən 2 dəfə olmaqla Çempionlar Liqasının, Klublararası dünya çempionatının və UEFA Superkubokunun qalibi adını qazanıb.