"Bavariya"nın futbolçusu David Alaba "Real"a mümkün keçidi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Almaniya mətbuatına bu sözləri deyib:

“Real”a keçəcəm? Əlbəttə, mən də bəzi şeylər eşidirəm. Ancaq səhərlər durub qəzet oxuyan deyiləm. Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, 2010-cu ildən "Bavariya"da çıxış edən Alaba, mövsümün sonu Budnesliqa təmsilçisindən ayrılacağını açıqlayıb.